Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən reytinqli aktyorlar bir arada - FOTO

Ən reytinqli aktyorlar bir arada - FOTO

Tarix: 7 Dekabr 2022 18:20

Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd, Oksana Rəsulovanın çəkildiyi "Dönənlər" filminin treyleri yayımlanıb.

Milli.Az xəbər verir ki, layihə 29 dekabrda Nizami Kino Mərkəzində təqdim olunacaq. Filmin afişası "Siz ailə məclisində telefonlarınızı masaya qoyub gələn zəngləri mikrofonda, "WhatsApp" mesajlarını isə hamının yanında oxuyub cavab verməyə risk edərsiniz? Təbii ki yox! Amma onlar bunu etdilər..." şüarı ilə paylaşılıb.

Qeyd edək ki, "Perfect Strangers"in yerli adaptasiyası olan ekran işi 2017-ci ildən bugünə qədər dünyanın 25-ə yaxın ölkəsində çəkilib. Bu il isə Azərbaycanda lentə alınıb. Ölkəmizdə bu formatda film ilk dəfədir ki, çəkilir.

Onu da bildirək ki, Paulo Cenevisin çoxsaylı mükafatlara layiq görülmüş komediyası müasir texnologiya əsrində "Özümüzə yaxın olanları nə dərəcədə yaxşı tanıyırıq" sualını ortaya çıxarır.

Filmdə illərdir dost olan 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. Qaydalara əsasən dostlar mesajlarını, zəngləri bir-biri ilə paylaşmaq məcburiyyətində qalırlar. Bu zaman onların sirləri ortaya çıxır və hadisələr fərqli tərəfə yönəlir.

Ekran əsərinin ssenari müəllifi Fariz Əliyev, Əcəmi Əsədulla, rejissoru Vüsal Hacıqədirdir. Posteri isə fotoqraf İsmayıl Rzayev və dizayner Pərviz Babayev birgə hazırlayıblar.

Milli.Az


Etiketlər:  Ən reytinqli aktyorlar bir arada FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ