Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qətərdə geyimi ilə gündəmə gələn modeldən növbəti qalmaqallı paylaşım - FOTO

Qətərdə geyimi ilə gündəmə gələn modeldən növbəti qalmaqallı paylaşım - FOTO

Tarix: 8 Dekabr 2022 00:35

Xəbər verdiyimiz kimi DÇ-2022-nin 1/8 finalında Xorvatiya Yaponiyanı penaltilər seriyasından sonra məğlub edərək, turnirdən kənarlaşdırıb.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, Dünya Çempionatının 1/8 final mərhələsində Xorvatiya və Yaponiya üz-üzə gəlib. Gərgin keçən oyunda xorvatlar qalib gəlib. 
 
Dünya Çempionatı başlayandan sonra Qətərdə paylaşımları ilə gündəmə gələn xorvat model İvana Knollun oyun öncəsi paylaşımları səs-küyə səbəb olub. Ölkəni tərk etməyə çağırılan məşhur model bütün bunları nəzərə almayaraq Yaponiyanı hədəf alan paylaşım edib. O, sosial şəbəkə hesabında "bu gün menyumuzda Yapon suşisi var" yazıb. Bu paylaşımı ilə model yapon fanatlarını qəzəbləndirib. 

Qeyd edən ki, Dünya Çempionatı başlayandan sonra Qətərdə paylaşdığı fotolarda geyimi ilə gündəmə gələn model təhdid edilib və ölkəni tərk etməsi tələb olunub.

Milli.Az


Etiketlər:  Qətərdə geyimi ilə gündəmə gələn modeldən növbəti qalmaqallı paylaşım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ