Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günayın Paris macərası - FOTO

Günayın Paris macərası - FOTO

Tarix: 9 Dekabr 2022 10:20

Türkiyədə yaşayıb, orada modellik fəaliyyətini uğurla davam etdirən azərbaycanlı Günay Musayeva Fransaya yollanıb.

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, "məhəbbət şəhəri" adlanan Parisi qarış-qarış gəzən Musayeva yolunu dünyaca məşhur "Luvr" muzeyindən salıb.

Günay Leonardo da Vinçinin 1503-1519-cu illərdə çəkilən Mona Liza əsəri, İtalyan Paolo Veronese (1562 - 1563) tərəfindən Venesiya Benediktin qardaşlarının yeməkxanası üçün hazırlanmış kətan, Venera de Milonun və yatan hermafrodit adlı heykəlinin fotolarını çəkərək sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Bundan əlavə, model turistlərin sevdiyi məkana çevrilən "Eyfel" qülləsinin önündə şəklini bölüşüb. G.Musayevanın macəra dolu Parisdən çəkdiyi görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb.


Etiketlər:  Günayın Paris macərası FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ