Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olundu

Şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olundu

Tarix: 9 Dekabr 2022 23:42

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 4 məktəbə yeni direktorlar təyin olunub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Yeni təyinatların olduğu təhsil müəssisələrindən biri olan Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə Səadət Kazımova direktor təyin olunub.

Belə ki, bir müddət öncə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin sabiq direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətləri edilmişdi.

Baş verən hadisəyə görə 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova və Lənkəran şəhər icra başçısının müavini Rasilə Arifqızı vəzifəsindən azad edilmişdi.

Fotoda Yeganə Əsgərova

Milli.Az


Etiketlər:  Şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olundu


RƏYLƏR