Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2022 05:24
Rusiyada, Çeboksarıda Çuvaşiyanın "Rosreestr" filialının direktoru İqor Taturanın Georgi adlı oğlu coğrafiya müəlliməsini izləyib.
Sonxeber.net bildirir ki, bu barədə "Podyom" Telegram kanalı məlumat yayıb.
O, qadını izləyib və videoya çəkib. "Bu gün verilişimizdə ölkənin əsas fahişəsidir. Onu maşında gəzdirəcək bir kişi yoxdur. Sən necə də çirkinsən!", - oğlan deyib.
O, videonu "şəxsi istifadə üçün" çəkdiyini və bunun şəbəkəyə necə düşdüyünün bilmədiyini izah edib. Bir gün sonra o, üzr videosu çəkib. Oğlan pis qiymət aldığı üçün özünü belə apardığını deyib.
Çuvaşiyanın Təhsil Nazirliyi də vəziyyətə münasibət bildirib. Şöbə bu kimi hallarının qarşısının alınmasını gücləndirməyi tövsiyə edib, həmçinin müəllimlərə qarşı qeyri-etik davranışları pisləyib.
İrfan Vəliyev