Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahzadə Harri həyatındakı ən böyük səhvi açıqladı

Şahzadə Harri həyatındakı ən böyük səhvi açıqladı

Tarix: 10 Dekabr 2022 18:58

Şahzadə Harri həyatında ən böyük səhv hesab etdiyi hərəkəti açıqlayıb.

III Çarlz və şahzadə Diananın oğlu "Netflix" videoservisində yayımlanan "Harri və Meqan" sənədli serialının üçüncü seriyasında onun haqqında danışıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Harri hesab edir ki, həyatındakı ən dəhşətli hadisələrdən biri 2005-ci ilin yanvarında ziyafətə Vermaxtın Afrika Korpusuunn geyimini xatırladan kostyumda çıxması olub. 20 yaşlı şahzadənin qolunda olan svastika o zamanlar xüsusilə ictimaiyyətin qəzəbinə səbəb olub.

"Bu, yəqin ki, həyatımın ən böyük səhvlərindən biri idi. Bundan sonra inanılmaz dərəcədə utandım. O zaman yeganə istəyim bu səhvi birtəhər düzəltmək idi", - deyə Sasseks hersoqu bildirib.

İkinci Dünya Müharibəsi veteranlarına və faşist Almaniyasının qurbanlarına qarşı etdiyi təhqirin miqyasını anlayan şahzadə Harri Londonun baş ravvininə müraciət edib. Din xadimi ona Berlinə getməyi və Holokost qurbanları ilə şəxsən ünsiyyət qurmağı məsləhət görüb. Şahzadə hərəkətinə görə rəsmən üzr istəyib.

"Mən buna məhəl qoymasaydım eyni səhvləri təkrar-təkrar edərdim. Amma mən bu səhvdən dərs çıxardım", - Harri vurğulayıb.


Etiketlər:  Şahzadə Harri həyatındakı böyük səhvi açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ