Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yolkaya dünya liderlərinin şəklini asıb bu sözləri yazdılar

Yolkaya dünya liderlərinin şəklini asıb bu sözləri yazdılar

Tarix: 11 Dekabr 2022 17:20

Rusiyanın Tver vilayətinin mərkəzi yolkasında Amerika Prezidenti Co Bayden, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa lideri Emmanuel Makron, rusiyalı müğənni Alla Puqaçova, yumorist Maksim Qalkin və latviyalı müğənni Laima Vaykulenin fotoları asılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, onların fotoları üzərində "Rusiya ən yaxşısıdır", "Rusiya dünyanı idarə edir" və "Yeni iliniz mübarək!" yazıları olan kağız fiqurlara yapışdırılıb.

Yolkanı bu şəkildə bəzəyən şəxslərin kimliyi hələlik məlum deyil.

Milli.Az


Etiketlər:  Yolkaya dünya liderlərinin şəklini asıb sözləri yazdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ