Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2022 17:46
Ukraynanın Krımı işğaldan azad etməsi nüvə müharibəsinə səbəb ola bilər. Vladimir Putinin yarımadanın itirilməsi ilə barışmayacağı üçün nüvə silahına əl atması mümkündür.
Sonxeber.net axar.az-a xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti yazıb.
"Krım Rusiya Prezidenti Vladimir Putin üçün mirasının sütununa çevrilib və yarımada itirələcəyi təqdirdə bu sütun dağılacaq. Putin özü də deyib ki, Ukraynanın Krımı qaytarmaq cəhdi "qırmızı xətti" keçmək olacaq", - nəşr bildirib.
Məqalədə qeyd edilib ki, son vaxtlara qədər Ukraynanın Krımı geri almaq istəyi fantaziya kimi görünürdü, lakin Ukraynanın döyüş meydanlarında qazandığı qələbələr və Moskvanın səhvləri birdən-birə bu istəyi inandırıcı, bəlkə də təhlükəli etdi:
"Qərb Ukraynanı dəstəkləsə də, Ukraynanın Krıma hər hansı hərbi müdaxiləsinin Putini qəti addımlar atmağa sövq edə biləcəyindən, hətta nüvə bombasından da istifadə edəcəyindən ehtiyatlanır".