Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2022 17:54
"Altıncı hiss", "Reinkarnasiya", "Bıçaqları götür" filmləri ilə tanınan Oskar mükafatlı avstraliyalı aktrisa Toni Kollette boşanıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə aktrisa sosial şəbəkədə məlumat verib.
O bildirib ki, Devid Qalafassi ilə uzun müddətdir birlikdə yaşamırlar və bu vəziyyətdə evliliyi sonlandırmaq daha məntiqli idi.
Qeyd edək ki, aktrisa boşanma xəbərini ərinin başqa bir xanımla öpüşərkən çəkilən fotosundan sonra elan edib. Toni və Devid 2003-cü ildə ailə qurub. Cütlüyün bu evlilikdən 2 övladı var.