Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İngiltərə millisinin baş məşqçisi ilə bağlı qərar verildi

İngiltərə millisinin baş məşqçisi ilə bağlı qərar verildi

Tarix: 11 Dekabr 2022 21:56

Futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt istefaya göndərilməyəcək.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının yaydığı açıqlamada bildirilib. 

Qeyd edilib ki, yığma Qətərdə keçirilən dünya çempionatında mübarizəni dayandırsa da, məşqçilər heyəti komandanı mundiala yaxşı hazırlamışdı.
 
Xatırladaq ki, İngiltərə yığması 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq, dünya çempionatında mübarizəni dayandırıb. 2016-cı ildən milliyə rəhbərlik edən Sautqeytin müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Milli.Az


Etiketlər:  İngiltərə millisinin baş məşqçisi ilə bağlı qərar verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ