Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NATO-nun qorxusu: Rusiya bu dəhlizi tutsa...

NATO-nun qorxusu: Rusiya bu dəhlizi tutsa...

Tarix: 12 Dekabr 2022 12:18

ABŞ və NATO-nun Suvalki dəhlizində zəifliyi Vaşinqtona Ukrayna ordusuna silah tədarükünü artırmağa mane olur.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Foreign Politico"nun köşə yazarı Cek Deyç ABŞ ordusuna istinadən yazıb.

Məqalədə qeyd edilib ki, Pentaqon NATO ilə Rusiya arasında hipotetik toqquşma zamanı nəzərdə tutulan strateji ehtiyatlar hesabına Ukrayna ordusuna hərbi texnikanın verilməsi səbəbindən Konqresin daimi təzyiqi altındadır.

Amerikalı ekspertlər konqresmenlərin sorğularına cavab olaraq xatırladıblar ki, Şimali Atlantika Alyansının Rusiya ilə müharibəyə girməsi və əhalinin az məskunlaşdığı Suvalki dəhlizində döyüşmək məcburiyyətində qalması ssenarisi bütün mövcud arsenalın Ukraynaya göndərilməsinə imkan vermir.

Polşanın Litva ilə sərhədində yerləşən bölgə NATO sərhədlərinin ən həssas hissəsi hesab olunur və Rusiyaya Kalininqrad regionu ilə qurudan tez əlaqə qurmağa, həmçinin Baltikyanı ölkələrdə yerləşən böyük ittifaq qruplaşmasının qarşısını almağa imkan verir.

Milli.Az


Etiketlər:  NATO qorxusu Rusiya dəhlizi tutsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ