Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2022 16:10
"Ölümündən sonra xəbər yayıldı ki, guya məzarda dirildi, çevrildi, qəbri cırmaqladı. Rəfiqəsi gildə qalırdı, evini təmir edirdi. Ölüm xəbəri gələndə mən də Hacıbaba Bağırovun xanımı ilə gəldim. Gördük ki, vəfat edib. Kürəyində qara ləkə var idi, ürəyindən olmuşdu. Heç kimin ixtiyarı yoxdur Gülşən xanımın arxasınca belə söz danışsın. Bu şayiələrə bir də qayıtmayın".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "O üz" proqramında deyib. Aktrisa mərhum Xalq artisti Gülşən Qurbanova ilə bağlı xatirələrini bölüşüb:
"Nəvəsi olmuşdu, 40-günü tamam olmadan ona qonaqlıq keçirtdi. Hamı dedi ki, uşağın qırxı çıxmamış etmə. Qayıtdı ki, birdən çatmaram. Hiss edirdi ölümünü. Hacıbaba Bağırovun yasında hamıya deyirdi ki, mənim yasımda da bu turşudan, aşdan yeyərsiniz. Hamıya tapşırırdı ki, məndə də bundan edərsiniz.
Elə bil hazırlaşırdı. Ona Prezident tərəfindən ev verilmişdi, onu təmir etdirirdi. Deyirdi, mənim də öz otağım, mətbəxim olacaq. Tələsirdi ki, həmin evdə yaşasın, amma ona qismət olmadı".