Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2022 17:28
Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) dünyada ən hündür binadan - BƏƏ-nin Dubay şəhərindəki 828 metrlik "Burj Khalifa"dan iki dəfədən çox hündür olan göydələn ucaltmaq niyyətindədir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirilib ki, PIF Ər-Riyadın şimalında sahəsi 18 kvadratkilometr, hündürlüyü 2 kilometr olan bina tikilməsi planını nəzərdən keçirir.
Podratçılar layihənin dəyərini təxminən 5 milyard dollar məbləğində qiymətləndirir. Hazırda bir milyon dollar ödənişlə tender keçirilir. Müsabiqədə iştirak edən podratçılar arasında Amerikanın bir neçə şirkətləri iştirak edir.
Məlumata görə, 2022-ci ilin noyabrında krallığın şimal-qərbində uzunluğu 120 km və hündürlüyü 490 metr olan "Mirror Line" meqapolisinin tikintisinə başlanılıb.
Hazırda ölkədə ən hündür bina Məkkədə Abrac əl-Beit binalar kompleksinin bir hissəsi olan Kral Saat Qülləsidir. Onun hündürlüyü 601 metrdir.