Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəhimin anası ilə qardaşı sevgilisi deyilən qadından danışdılar - VİDEO

Rəhimin anası ilə qardaşı sevgilisi deyilən qadından danışdılar - VİDEO

Tarix: 12 Dekabr 2022 19:25

Xəbər verdiyimiz kimi, Hüri adlı qadın mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin sevgilisi olduğunu iddia edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı mərhum sənətçinin anası Firəngiz xanım və qardaşı Anar "Space maqazin" verilişinə münasibət bildirib.  R.Rəhimlinin anası qalmaqallı süjeti izlədiyini və məsələdən xəbərdar olduğunu dilə gətirib.

Mərhumun qardaşı Anar isə "Aydındır ki, yalandır. Ağlı başında olan bu süjetə baxanda bilir ki, düz deyil. Aydın məsələdir" sözləri ilə mövzuya nöqtə qoyub.

Qeyd edək ki, Hüri adlı qadın "Maqazin plyus" verilişində Rəhim Rəhimlinin məzarı üstə gedərək, göz yaşı axıdıb. O, sənətçi ilə sevgili olduğunu və vəfatından əvvəl onunla ailə qurmağa hazırlaşdığını açıqlayıb.

Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından sentyabrın 30-u vəfat edib.

TƏBİB-in açıqlamasında müğənninin bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası olduğu bildirilib.   

Milli.Az


Etiketlər:  Rəhimin anası ilə qardaşı sevgilisi deyilən qadından danışdılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ