Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müalicəsi üçün maşınını satmaq istəyən şəxs dələduzluğun qurbanı olub - VİDEO

Müalicəsi üçün maşınını satmaq istəyən şəxs dələduzluğun qurbanı olub - VİDEO

Tarix: 12 Dekabr 2022 19:40

Müalicə almaqdan ötrü yük maşınını satmaq istəyən Masallı sakini Şirxan Əliyev dələduzluğun qurbanı olub. 

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Şirxan Əliyev müalicə xərclərini ödəmək üçün maşınını satmaq qərarına gəlib. Ancaq dələduzun toruna düşüb.

Masallının Sığdaş kənd sakini Şirxan Əliyev 3 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O, müalicəsini davam etdirmək üçün yük maşınının fotolarını satmaq məqsədilə elan saytlarının birinə yerləşdirib. Bu zaman bir nəfər xarici ölkələrdən birinə məxsus nömrə ilə votsap üzərindən səs ataraq Şirxan Əliyevə özünü Sumqayıt şəhər sakini kimi təqdim edib. Qadın saytda onun qoyduğu elanı gördüyünü və oğlu üçün bu yük maşınını almaq istədiyini bildirib.

Buna inanan vətəndaş beh almaq üçün özünün və qohumunun kart nömrələrini göndərib.

Bundan sonra kartdan əvvəlcə 7400, sonra 60, daha sonra isə yenə 60 manat çıxarılıb. Şirxan qadınla yenidən əlaqə saxlayıb.

7500 manatdan çox pulu mənimsəməkdə adı hallanan şəxslə biz də əlaqə saxlamağa çalışdıq, amma zənglərimizə cavab vermədi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirildi ki, həmin məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Hazırda faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Müalicəsi üçün maşınını satmaq istəyən şəxs dələduzluğun qurbanı olub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ