Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

300 siçovulun arasında olan uşaq tapılıb - FOTO

300 siçovulun arasında olan uşaq tapılıb - FOTO

Tarix: 13 Dekabr 2022 18:36

ABŞ-də evlərin birində 300 siçovulun arasında olan uşaq tapılıb. Bundan sonra uşağın anası həbs olunub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qorxunc hadisə Florida ştatında baş verib.

Hüquq mühafizəçilərinin sözlərinə görə, onlar heyvanlara qarşı qəddarlıqla bağlı şikayəti araşdırmaq üçün Şennon Morqanın ünvanına gəliblər. Polislər hadisə yerinə gələndə ətrafda kəskin ammonyak iyi hiss ediblər. Mənzilə girdikdə isə gördükləri mənzərədən şoka düşüblər. Hər yer zibil və çürüntü ilə dolu olub, ətrafda tarakanlar, milçəklər və digər həşəratlar qaynaşıb. Digər otaqda isə zibil və yüzlərlə siçovulun əhatəsində oturmuş kiçik uşaq tapılıb.

Evdə həmçinin yeddi pişik, bir it və bir gəlincik olub.

"Nə uşaqlar, nə də heyvanlar belə bir mühitdə yaşamamalıdırlar", - deyə gördüyü mənzərədən təəssüflənən polis bildirib.

Qadına qarşı amansızlıq və zorakılıq maddəsi ilə cinayət işi açılıb.


Etiketlər:  siçovulun arasında olan uşaq tapılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ