Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2022 22:20
İranın şərqindəki Cənubi Xorasan əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.
Bu haqda İranın rəsmi İRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, episentri Cənubi Xorasan əyalətinin Bəşəruye şəhəri yaxınlığında olan zəlzələ yerli vaxtla saat 17:44-də qeydə alınıb.
Zəlzələ yerin 11 kilometr dərinliyində baş verib.
Zəlzələdə can və ya mal itkisinin olub-olmadığı barədə məlumat verilməyib.