Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aysundan yenicə barışdığı həyat yoldaşına doğum günü sürprizi - VİDEO

Aysundan yenicə barışdığı həyat yoldaşına doğum günü sürprizi - VİDEO

Tarix: 14 Dekabr 2022 14:30

Müğənni Aysun İsmayılova yenicə barışdığı həyat yoldaşı Eşqin Cəlilovla bağlı paylaşım edib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, əlində tortla Eşqini doğum günü münasibəti ilə təbrik edən Aysun həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Görüntülərdə Cəlilov şamları üfürdükdən sonra barmağını torta batıraraq İsmayılovanın üzünə sürtüb. Müğənni daha sonra yayımladığı fotoda həm özünün, həm də həyat yoldaşının üzü və saçları torta qarışmış vəziyyətdə olduğu əks olunub.

Qeyd edək ki, bir müddət əvvəl Aysun İsmayılova ilə Eşqin Cəlilovun münasibətlərinin korlandığı və ayrılması iddia olunub.

Bir neçə həftə əvvəl isə müğənni "Məhkəməyə qədər gedib çıxmışdıq, amma dayandıq. Çünki hərə bir söz danışır. Hər gənc ailədə ilk aylarda belə problemlər olurmuş. Elə bilirdim ki, tək məndədir. Baxdım ki, hamıda belədir. Biz də o mərhələdən bir yerdə keçdik, ayrı-ayrı yox. Bir müddət bir-birimizə vaxt verdik, bir-iki ay ayrı qaldıq. Mən heç vaxt danışmadım, indi də barışıq gedir deyə, açıqladım" açıqlaması ilə uzun sürən sükutu pozub.

Milli.Az


Etiketlər:  Aysundan yenicə barışdığı həyat yoldaşına doğum günü sürprizi VİDEO


RƏYLƏR