Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2022 18:05
Fariz Əliyev ssenari müəllifi olduğu və yaxın günlərdə tamaşaçı qarşısına çıxmağa hazırlaşan "Dönənlər" filmi barədə danışıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu haqda o, "Xəbər ətər" verilişində qonaq olarkən söz açıb.
Fariz bildirib ki, layihədə rol alan Əməkdar artist Dilarə Əliyeva iki dəfə çəkilişdən imtina edib:
"Biz filmin ssenarisini müzakirə edəndə çox fikirləşdik ki, burda elə bir ansambl olsun ki, xarici görünüşlə, yaş etibarı ilə fərqli olsunlar. Biz Dilarə xanımla danışanda əslində iki dəfə imtina etdi. Çünki film bir başqa mərhələdir, risklidir. Çox sağolsun ki, axırda bizə dəstək oldu".
Qeyd edək ki, layihə 28 dekabrda Nizami Kino Mərkəzində təqdim ediləcək.