Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2022 18:12
Finlandiyanın müdafiə naziri Antti Kaykkonen yanvarın 5-dən fevralın sonuna kimi 7 həftəlik analıq məzuniyyətinə çıxacaq.
Sonxeber.net bildirir ki, bu barədə ölkənin maliyyə naziri, Mərkəz Partiyasının sədri Annika Saarikko Twitter-də məlumat verib.
Onu iqtisadiyyat naziri Mika Lintila əvəz edəcək, o, Kaykkonenin olmadığı müddətdə iki nazir postunu tutacaq. Mərkəz Partiyasının deputatı Hanna Kosonen Twitter-də qeyd edib ki, müdafiə naziri analıq məzuniyyəti alan ilk kişi hökumət naziri olacaq.
Kaykkonnenin iki övladı var. Böyüyünün iki yaşı var, kiçiyi altı aylıqdır, iyul ayında doğulub. Siyasətçinin özünün də qeyd etdiyi kimi, işinin vacibliyinə baxmayaraq, ailəni birinci yerə qoymağı bacarmaq lazımdır.
"Biz hələ uşağı bağçaya göndərməyə hazır deyilik, ona görə də indi uşağa qulluq etmək üçün daha çox məsuliyyət götürmək növbəmdir. Uşaqlar yalnız bir anlıq kiçikdirlər və mən bunu yalnız fotoşəkillər vasitəsilə xatırlamaq istəmirəm", - Finlandiyanın müdafiə naziri deyib.
İrfan Vəliyev