Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FED uçot dərəcəsini 4,25-4,50 %-ə qaldırıb

FED uçot dərəcəsini 4,25-4,50 %-ə qaldırıb

Tarix: 14 Dekabr 2022 23:30

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) iki günlük noyabr iclasının nəticələrinə görə uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artırıb - 4,25-4.50 %-dək.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə FED məlumat yayıb.

"Açıq Bazar Komitəsi uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,25-4,50%-ə qaldırmaq qərarına gəlib", - məlumatda qeyd olunub.

Komitənin bütün üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.

FED 2022-ci ilin əvvəlindən yeddinci dəfə uçot dərəcəsini artırıb.


Etiketlər:  uçot dərəcəsini qaldırıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR