Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolçunun zərbəsindən azarkeş huşunu itirdi

Futbolçunun zərbəsindən azarkeş huşunu itirdi

Tarix: 15 Dekabr 2022 11:50

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatında Mərakeş yığması ilə yarımfinal matçı öncəsi isinmə hərəkətlərində azarkeşi vurub.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki,  bu barədə "Eurosport" saytı məlumat yayıb.

Fransız hücumçunun zərbələrindən biri azarkeşin başına dəyib.

İzləyici bir müddət huşunu itirib.

O digər azarkeşlərin köməyi ilə ayılıb.

Mbappe üzr istəmək üçün azarkeşə yaxınlaşıb.

Xatırladaq ki, oyun 2:0 hesabı ilə fransızların xeyirinə bitib.


Etiketlər:  Futbolçunun zərbəsindən azarkeş huşunu itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ