Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2022 13:10
"Səs Azərbaycan" mahnı müsabiqəsinin qalibi Emilya Yaqubova Kanar adalarına yollanıb.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, ifaçı "Santiyaqo Del Teide" əyalətində dəniz kənarında çəkilən selfilərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Emilya sinə dekolteli qolsuz uzun bej libasda göz qamaşdırıb. Müğənni fotolarına "Hər zaman günəş olsun!" şərhini yazıb.
Yaqubovanın son paylaşımlarında açıq-saçıq geyimlərdən istifadə etməsi də diqqətdən qaçmayıb.
Qeyd edək ki, E.Yaqubova Tamerlan adlı iş adamı ilə ailə qurub. Cütlük həm Londonda, həm də Bakıda yaşayır.