Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2022 22:27
Onurğada yırtıq çox zaman gizli başlayır, heç bir simptom vermir.
Bakupost.az xəbər verir ki, neyrocərrah Renat Nurmuhametov yırtıqlarda 2 əsas simptoma diqqət çəkib.
"Onurğada yırtıq nəinki ağırlıq qaldıranlarda, həmçinin oturaq iş və həyat tərzi keçirib, əzələ korpusu zəif olanlarda da yaranır. Onurğada disklərin qan dövranı zəiflədikdə, disklər zədələnir.
Beldə dartıcı ağrı, ayaq və əldə güclü ağrı protruziya və yırtığın ilk əlamətlərindən ola bilir.
Bütün əzələ korpusuna atıcı ağrılar, əl-ayaqlarda keyimə, zəiflik həkimə operativ müraciət üçün əsasdır.
Hər yırtıq heç də əməliyyat edilmir, amma neyrocərrah ilkin baxmalıdır".
Həkim yırtıq profilaktikası üçün müntəzəm əzələ korpusunu möhkəmlədəcək idman məşqləri etməti və ağırlıq qaldırmamağı tövsiyə edir.