Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-də final oyununun hakimi o olacaq

DÇ-də final oyununun hakimi o olacaq

Tarix: 15 Dekabr 2022 22:54

Qətərdə keçiriləcək dünya çempionatının final oyununun baş hakimi bəlli olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Polşa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Belə ki, baş hakim polşalı Şimon Marçiniak olacaq. Yan xətt hakimləri isə Pavel Sokolnitski və Tomaş Listkeviç müəyyənləşib.

Marçiniak daha əvvəl DÇ-2022-nin Fransa - Danimarka (2:1) və Argentina - Avstraliya (2:1) matçlarında iştirak edib.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının final oyunu dekabrın 18-də oynanılacaq və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  final oyununun hakimi o olacaq


RƏYLƏR