Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Portuqaliya millisinin baş məşqçisi istefa verdi

Portuqaliya millisinin baş məşqçisi  istefa verdi

Tarix: 15 Dekabr 2022 23:48

Fernandu Santuş Portuqaliya milli futbol komandasının baş məşqçi postunu tərk edib.

Bu barədə cümə axşamı Portuqaliya Futbol Federasiyasının (FPF) mətbuat xidməti məlumat yayıb.

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Portuqaliya yığması Mərakeş komandasına uduzaraq (0:1) 1/4 finala yüksələ bilməyib.

Qeyd edək ki, Santuş 2014-cü ildən Portuqaliya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2016-cı ildə Avropa çempionu, 2019-cu ildə Millətlər Liqasının qalibi olub.


Etiketlər:  Portuqaliya millisinin baş məşqçisi istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ