Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uğursuz manikürə görə xəstəxanaya aparıldı

Uğursuz manikürə görə xəstəxanaya aparıldı

Tarix: 16 Dekabr 2022 01:50

Qərbi Avstraliya sakini uğursuz manikürə görə az qala baş barmağını itirəcəkdi. Qadın xəstəxanaya yerləşdirilib.

Sonxeber.net bildirir ki, bu barədə "9 News" xəbər verib.

48 yaşlı Syu qızı ilə dırnaq salonuna gedib və stafilokokk infeksiyasına tutulub. Avstraliyalının sözlərinə görə, salon işçisi akril dırnaqlarla məşğul olduğunu düşünüb, onları asetonda isladıb və üyütməyə başlayıb. Syu onun əsl dırnaqları olduğunu izah etməyə çalışsa da, ona mane ola bilməyib.

Prosedurdan sonra qadın beş gün xəstəxanada qalıb. Cərrah onun baş barmağının falanqının bir hissəsini kəsməli olub. O vaxtdan bəri, Syu dözülməz ağrılardan əziyyət çəkib və infeksiya yavaş-yavaş onun sümüyünü yeyib. Həkimlər xəstəyə bildiriblər ki, əgər xəstəlik xoşagəlməz inkişaf etsə, o, baş barmağını itirə bilər. İndi o, salonu məhkəməyə verib və təzminat istəyir.

İrfan Vəliyev


Etiketlər:  Uğursuz manikürə görə xəstəxanaya aparıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ