Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Ukrayna müharibəsinin diplomatiya yolu ilə həlli şərtini açıqlayıb

Zelenski Ukrayna müharibəsinin diplomatiya yolu ilə həlli şərtini açıqlayıb

Tarix: 16 Dekabr 2022 08:36

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılması münaqişənin diplomatiya yolu ilə həllinin əsas şərtidir.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "The Economist" jurnalının məqaləsində deyilir.

"Əgər o (Rusiya Prezidenti Vladimir Putin. - red.), indi 1991-ci ilin sərhədlərinə çəkilsə, onda mümkün diplomatiya yolu başlayacaq. Bu, münaqişəni hərbi inkişaf yolundan diplomatik inkişaf yolundan dəyişə bilər", - Zelenski Britaniya jurnalına müsahibəsində bildirib.

Dekabrın 12-də Ukrayna lideri münaqişəyə son qoymaq üçün üç addımı açıqlayıb. Birincisi, Kiyevə müasir hərbi texnikanın verilməsidir. İkincisi, 2023-cü ildə maliyyə, enerji və sosial sabitliyin dəstəklənməsidir. Nəhayət, üçüncü addım daha əvvəl Zelenskinin təklif etdiyi "sülh formulu"nun həyata keçirilməsi və qlobal sülh formulu sammitinin çağırılmasıdır.


Etiketlər:  Zelenski Ukrayna müharibəsinin diplomatiya yolu ilə həlli şərtini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ