Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2022 22:50
On yaşlı Cek Conson buzlu göldə boğulan üç uşağı xilas etməyə çalışıb və hipotermiyadan ölüb.
Sonxeber.net bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bazar günü, dekabrın 11-də 11, 8 və 6 yaşlı oğlanlar İngiltərənin Uest Midlands qraflığının Solihall şəhərindəki donmuş Babs Mill gölündə oynayıblar. Birdən buz çatlayıb və üç uşaq suyun altında qalıb. Conson qışqırıqları eşidib, tərəddüd etmədən köməyə qaçıb. O, buzlu gölə dalaraq oğlanları çıxarmağa çalışsa da, batmağa başlayıb.
Uşaqlar təxminən 15 dəqiqə suda olublar və xilasediciləri çağıran yerli sakin onları görüb. Xilasedicilər oğlanları sudan çıxarıb, Conson da daxil olmaqla üç nəfər hipotermiyadan ölüb. Sağ qalan altı yaşlı uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Conson Müqəddəs Entoni Katolik İbtidai məktəbində oxuyub. Hadisədən sonra məktəb bağlanıb. Ölən uşaqların xatirəsini ehtiramla yad etmək üçün gölə 250-yə yaxın insan gəlib. "Biz inanılmaz dərəcədə depressiyadayıq. Tanımadığı üç oğlan uşağı xilas etmək istəyərkən öldüyünü bilmək onun heyrətamiz olduğuna sübutdur", - deyə Consonun bibisi Şarlotta Maklmurrey deyib.
İrfan Vəliyev