Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 07:00
Karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev "Karate Kombat" turnirindəki rəqibi Reymond Danielsi evinə dəvət edib.
42 yaşlı amerikalı Daniels Ağayev kimi karatedə adlı-sanlı rəqiblə döyüşəcəyi üçün fəxr etdiyini bildirib.
Ağayev isə cavabında onu Azərbaycana dəvət edib, qapılarının onun üzünə açıq olduğunu vurğulayıb.
Qeyd edək ki, Rafael Ağayev Reymond Danielslə sabah kəmər döyüşünə çıxacaq. ABŞ-ın Florida ştatında baş tutacaq döyüş "Karate Kombat - 37" turniri Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.