Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mərakeş millisi DÇ-2018-dəki Xorvatiyanı xatırladır''

''Mərakeş millisi DÇ-2018-dəki Xorvatiyanı xatırladır''

Tarix: 17 Dekabr 2022 08:44

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2022-nin bürünc medalı uğrunda Mərakeşlə keçirəcəkləri matç barədə danışıb.

Mütəxəssis rəqibi DÇ-2018-dəki Xorvatiya millisinə bənzədib:

"Mərakeş mənə 4 il yarım əvvəlki - DÇ-2018-dəki komandamızı xatırladır. Onların belə səviyyədə çıxış edəcəklərini heç kim gözləmirdi, lakin onlar öz səviyyələri və emosiyaları sayəsində üçüncülük uğrunda görüşədək yüksəliblər. Mərakeş matçdan-matça təkmilləşir. Düşünürəm ki, bizi böyük oyun, qrup mərhələsindəki ilk oyundan daha çətin qarşılaşma gözləyir. Biz onlara böyük hörmətlə yanaşırıq. Mərakeş birlik nümayiş etdirir və heç kimdən qorxmur".

Daliç oyuna Qətərdən olan baş hakimin təyin edilməsindən münasibət bildirib:  "Mən heç kimi qiymətləndirmirəm, amma hesab edirəm ki, FİFA böyük riskə getdi. Ümid edirəm ki, matçdan sonra biz hakimin hərəkətlərini şərh etməyəcəyik. Amma mən də inanıram ki, onun tərəfində hər şey düzgün olacaq".

Qeyd edək ki, sabah keçiriləcək Mərakeş - Xorvatiya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Etiketlər:  Mərakeş millisi 2018 dəki Xorvatiyanı xatırladır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ