Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranlı din xadimi: “Xalqının əksəriyyəti narazıdır, bu cür idarə etmək olmaz” - FOTO

İranlı din xadimi: “Xalqının əksəriyyəti narazıdır, bu cür idarə etmək olmaz” - FOTO

Tarix: 17 Dekabr 2022 11:18

İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhəri və Məkki məscidinin cümə imamı sünni din xadimi Mövləvi Əbdülhəmid Tehran rejiminə xəbərdarlıq edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

"Narazı xalqa hökm etmək olmaz və bu gün İran xalqının əksəriyyəti narazıdır", - deyə o bildirib.

Əbdülhəmid hazırda İranın pul vahidi olan rialın dünyada ən dəyərsiz pula çevrildiyini deyib və ölkə əhalisinin gözü qarşısında sərvətlərin talanmasının narahatlıq doğurduğunu qeyd edib.

Milli.Az


Etiketlər:  İranlı din xadimi Xalqının əksəriyyəti narazıdır bu cür idarə etmək olmaz FOTO


RƏYLƏR