Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 13:28
Gürcüstanın ədliyyə naziri Rati Breqadze sabiq president Mixail Saakaşvilinin yayılan görüntülərinə münasibət bildirib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, il ərzində dövlət Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə məhbus kimi təxminən 200 min lari (təxminən 127 min 580 manat) xərcləyib ki, bu da digər məhbusların hər birindən 12 dəfə çoxdur.
Nazi bildirib ki, Gürcüstanda məhbusun saxlanması tamamilə dövlətin üzərinə düşür:
"Nəinki həbsxanada məhbusun saxlanması dövlət büdcəsindən maliyyələşdirilir, həm də xəstəliyin müddətindən və şiddətindən asılı olmayaraq, onun müalicəsi də tam ödənilir".
Məlumat üçün qeyd edək ki, bu il noyabrın 1-nə olan rəsmi rəqəmlərə görə, Saakaşvilidən başqa Gürcüstanda 9691 məhbus var.
Saakaşvili 2021-ci il oktyabrın 1-dən həbsdədir. Bu müddət ərzində o, həbsxana kamerasında cəmi 170 gün keçirib. Gürcüstanın eks-prezidenti aclıq aksiyası və onun nəticələrinə görə, qalan vaxtını müxtəlif klinikalarda keçirib. O, sonuncu dəfə 2022-ci il mayın 12-də klinikada olub və bu günə kimi orada qalır.
Eks-prezidentin vəkilləri, qohumları, tərəfdaşları və tərəfdarları onun ölmək üzrə olduğunu deyir və müalicə üçün xaricə gedə bilməsi üçün azadlığa buraxılmasını tələb edirlər. Artıq iki dəfə məhkəmədə cəzanın ləğvi və ya dayandırılması haqqında ərizəyə baxılması təxirə salınıb.
Saakaşvili 2021-ci il sentyabrın 29-da Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, üç iş üzrə - dövlət vəsaitinin mənimsənilməsi, 2007-ci il noyabrın 7-də etiraz aksiyasının dağıdılması və sərhədi qanunsuz keçməyə görə ittiham olunur.
Üstəlik o, iki cinayət işi üzrə də - deputat Valeri Gelaşvilinin döyülməsi və bank işçisi Sandro Qirqvlianinin qətlində təqsirli bilinənlərin əfv edilməsinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib.