Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu dərmanları yuxudan əvvəl içmək olmaz

Bu dərmanları yuxudan əvvəl içmək olmaz

Tarix: 17 Dekabr 2022 19:36

Bəzi dərmanlar yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirə və yuxusuzluğa səbəb ola bilər.

Medicina.az xəbər verir ki, bu barədə amerikal klinik psixoloq Maykl Breus xəbərdarlıq edib.

Onun sözlərinə görə, bunlardan biri antiderpessantlardır. Həkim bu dərmanların orqanizmi serotonin istehsalına təhrik etdiyi üçün yuxuya mənfi təsir göstərə biləcəyini izah edib. Buna görə də Breus bu cür dərmanları səhər tezdən içməyi tövsiyə edir.

"Bu, gün ərzində insanın özünü daha yaxşı hiss etməsinə kömək edəcək", - deyə psixoloq bildirib.

Mütəxəssis soyuqdəymə və virus infeksiyaları üçün toz şəkilli dərmanların da yuxu problemlərinə səbəb ola biləcəyini deyib.

"Reseptsiz satılan soyuqdəymə dərmanların tərkibində adətən burun tıxanıqlığını aradan qaldıra bilən psevdoefedrin maddəsi olur. Psevdoefedrin isə hətta burun spreyi kimi istifadə edildikdə belə yuxusuzluğa gətirir", - deyə həkim xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu maddə həmçinin allergiya dərmanlarında da olur.

"Yatmazdan əvvəl antihistamin dərmanlar içmək vərdişi yuxusuzluğun inkişafına səbəb ola bilər", - deyə mütəxəssis izah edib.

Breus adətən yüksək qan təzyiqi və aritmiyaları müalicə etmək üçün təyin edilən beta blokerləri, siqareti tərgitmək üçün nəzərdə tutlan nikotin plastrlarının və yaddaş itkisi, demensiya ilə əlaqəli simptomları müalicə etmək xolinesteraza inhibitorlarının da yuxusuzluq gətirən dərmanlar siyahısında olduğunu qeyd edib.


Etiketlər:  dərmanları yuxudan əvvəl içmək olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ