Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2022 21:20
Çeçenistan rəhbəri Ramzan Kadırov Çin dilində dünya müsəlmanlarını NATO-ya qarşı birgə səylərini birləşdirməyə çağırıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki,o, müvafiq postunu Telegram kanalında dərc edib.
"Son 100 ildə ABŞ və Avropa onlarla müharibələr, hərbi çevrilişlər və işğallar təşkil edib. Milyonlarla dinc sakin onların qurbanı olub. Baxmayaraq ki, hazırda onlar daha dəhşətli təhlükə daşıyırlar, bütün mənəvi dəyərləri məhv edirlər. Bəşəriyyətin mövcud olduğu dövrdə bütün ölkələrin xalqları tərəfindən formalaşdırılan bütün İslam dünyasını, bütün sağlam düşüncəli insanları ümumi düşmənimizə qarşı birgə səylərdə birləşməyə çağırırıq", - Kadırov yazıb.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı bütün dünyanın varlığını təhdid edir.
"Amma Rusiya Qərbin bütün proqnozlarının əksinə getdi, bu pisliyə meydan oxudu və inamla qələbəyə doğru irəliləyir. NATO sizə əmr verməsin, əks halda onlar tezliklə gəlib vətəninizi tapdalayacaqlar. Qardaşlarınızla birlikdə bir cəbhədə dayanın", - Çeçenistan rəhbəri bildirib.