Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2022 23:08
Lionel Messi Dünya Çempionatları tarixinə düşüb. "Qafqazinfo" xəbər verir ki, Messi 1/8 finalda, 1/4 finalda, yarımfinalda və finalda - bütün pley-off oyunlarında qol vuran ilk oyunçu olub.
Leo ayrıca fransız Jüst Fonten (1958), italiyalı Salvatore Skillaçi (1990) və braziliyalı Ronaldodan (2002) sonra eyni mundialda 6 qol vuran 4-cü futbolçu kimi tarixə düşüb.
Yalnız 1958-də isveçli Nils Lidholm (35 yaş 264 gün) bugünkü Messidən (35 yaş 177 gün) daha qoca ikən mundial finalında qol vurub.
Superulduz ayrıca dünya çempionatlarında 20 qolda (12 qol, 8 məhsuldar ötürmə) birbaşa iştirak etməklə rekordçuya çevrilib. Mundiallarda qol sayında Peleyə çatan (12) Messi penaltidən ən çox fərqlənən oyunçu olub.