Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Everton” Cenk Tosunu göndərir – Qətər klubuna

“Everton” Cenk Tosunu göndərir –  Qətər klubuna

Tarix: 9 Oktyabr 2019 13:52

“Everton” türk futbolçusu Cenk Tosunu göndərmək qərarına gəlib.

Qol.az-ın “The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb futbolçunun gözlənilən oyunu göstərməməsi olub. Bu mövsüm Premyer Liqada yalnız bir oyunda meydana çıxan 28 yaşlı hücumçu cəmi 35 dəqiqə meydanda qalıb və fərqlənə bilməyib.

Xəbərdə bildirilir ki, “Everton” mövsümün sonunda Türkiyə millisinin üzvünü Qətərin “Əl-Qarafa” klubuna satacaq.

Qeyd edək ki, C. Tosun 2018-ci ildə 22 milyon avroya “Beşiktaş”dan İngiltərə klubuna keçmişdi.
 


Etiketlər:  Everton Cenk Tosunu göndərir Qətər klubuna


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ