Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 08:58
Niderlandın baş naziri Mark Rutte ölkəsinin qlobal köləlik sistemindəki tarixi roluna görə üzr istəyib.
O, bunu Haaqa Milli Arxivində çıxışı zamanı bildirib.
Rutte qeyd edib ki, köləlik çox sayda insana böyük əzablar gətirib. Bu əzab hələ də onların nəsillərinin həyatına, o cümlədən irqçi stereotiplər və ayrı-seçkilik yolu ilə təsir edir.
Onun sözlərinə görə, Niderland əsrlər boyu köləlikdən qazanc əldə edib.
Qeyd edək ki, Niderland müstəmləkələrində köləlik rəsmi olaraq 1863-cü ildə ləğv edilsə də, onun dolayı təzahürləri bəzi ərazilərdə onilliklərlə davam edib.