Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək, baş, ayaqda damarların tutulduğunu göstərən – 3 ƏLAMƏT

Ürək, baş, ayaqda damarların tutulduğunu göstərən –  3 ƏLAMƏT

Tarix: 20 Dekabr 2022 22:15

Ateroskleroz - damar tıxanması günümüzün ən amansız xəstəliyidir. İnfarkt, insult məhz bu səbəbdən yaranır.

Saglamolun.az medicina.az-a istinadən xəbər verir ki, rusiyalı kardioloq Jevaqina bildirib ki, qanda yüksək xolesterolun olması damar aterosklerozunun başlandığını göstərən analizdir.

O, aterosklerozun 3 əsas əlamətini də açıqlayıb.

- Əgər ürək damarları tıxanıbsa və aterosklerotik tıxaclar varsa, xəstə sinəsində ağırlıq, ağrı, bəzən hava çatışmazlığı, təngnəfəslik, hərəkət zamanı yanma hiss edir.

- Əgər baş beyin damarların tutulma ocağı varsa, xəstədə diqqət yayqınlığı, görmədə problem, dumanlı görmə, yerişdə səntirləmə, yaddaş pozuntusu şikayətləri olur.

- Ayaq damarları tutulduqda, xəstə gəzərkən yorulur, ayaqlarında zoqquldayıcı ağrı, yanma hissi olur, pəncə və barmaqlar soyuq, göyərmiş olur

Hər 3 orqanda damarların yoxlanması və analizlərlə diaqnoz qoymaq mümkündür.

Kişilər 35 yaşdan sonra, qadınlar 45 yaşdan sonra damarlarını daim diqqətdə saxlasın.


Etiketlər:  Ürək baş ayaqda damarların tutulduğunu göstərən ƏLAMƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ