Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Şəbnəm Tovuzlunun həyat yoldaşını tanıyıram, çox ciddi bir insandır" - VİDEO

Tarix: 21 Dekabr 2022 13:45

"Şəbnəm Tovuzlunun həyat yoldaşı Hacı Ramili heç kim tanımayanda, ilk olaraq mən tanımışam. Yeddi ildir bir-birimizi tanıyırıq. Çox ciddi bir insandır. Zəng vurub dedi ki, mən Şəbnəmin həyat yoldaşıyam".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri "Həyat tərzi" verilişinin aparıcısı Lamiyə Ələkbərova deyib.

Televiziya ulduzu altı il əvvəl hamilə müğənni Şəbnəm Tovuzlu ilə həyat yoldaşı Hacı Ramilin kəbin kağızını ilk dəfə efirdə göstərdiyini açıqlayıb. O bildirib ki, bu addımı ilə ifaçının cəmiyyətdə linç edilməsinin qarşısını alıb.  

"O zamanlar isə bütün media Şəbnəmin üstünə gəlmişdi. O müddətdə Şəbnəm ana olmağa hazırlaşırdı. Onda onu efirimə çağırdım. Hacıdan Şəbnəmlə onun kəbin kağızını istədim və onu efirdə göstərdim. Azərbaycan qadını kəbinli həyat yoldaşından dünyaya uşaq gətirir.

Nə istəyirsiniz ondan? Kəbin kağızını göstərdikdən sonra o gündən bu günə kimi bütün söhbətlər bitdi. O zamanlar Şəbnəm kövrək idi. Ağlayırdı və özünə qapanmışdı. Bir kənarda qalmışdı. Amma mən kənarda qala bilmədim. Bir qadının üzərinə bu qədər gələ bilməz. Çox xoşbəxt idim ki, bu qədər böyük problemi aradan qaldırdım".

Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toyu olacaq. Hacı Ramil ilə nikahından isə müğənninin Əli adlı oğlu var.

Milli.Az


Etiketlər:  Şəbnəm Tovuzlunun həyat yoldaşını tanıyıram çox ciddi bir insandır VİDEO


RƏYLƏR