Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqsanədən canlı efirdə etiraf - Övladımı itirmişəm - VİDEO

Rəqsanədən canlı efirdə etiraf - Övladımı itirmişəm - VİDEO

Tarix: 21 Dekabr 2022 15:20

Müğənni Rəqsanə İsmayılova bətnində olan övladını itirib.

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu haqda "Səhər mərkəzi" verilişində məlumat verilib.

Proqramın son dəqiqələrində efirə çıxan sənətçi vəziyyətinin olduqca ağır olduğunu, eyni zamanda ifaçı qızı Aysunun da səhhətində problem olduğunu açıqlayıb.

"Səhər saat 7-də Aysun mənə yazdı ki, hərarətim olduqca yüksəkdir. Özümü pis hiss edirəm. Səninlə canlı efirə gələ bilməyəcəm", - deyə Rəqsanə bildirib.

Verilişin aparıcısı Afaq Gəncəli isə "Cavan xanımsan. İnşallah arzuna çatarsan. Hər şey irəlilədir. Gözəl anlarımız olacaq. Üstü örtülü danışdım. Amma tamaşaçılar özləri başa düşəcəklər" sözlərini deyib.

Rəqsanə isə Afaqa cavab olacaq "Qismət" söyləyərək, göz yaşlarına boğulub.

Daha sonra Rəqsanə özünü pis hiss etdiyini və efiri tərk etmək istədiyini vurğulayıb.

Aparıcı isə müğənninin bu istəyini yerə salmayaraq verilişini sonlandırıb. Gəncəli İsmayılovanın əlindən tutaraq canlı efiri onunla birlikdə tərk edib.

Qeyd edək ki, Rəqsanə İsmayılova bir müddət əvvəl "Zaurla Günaydın" səhər şousunda hamilə olduğunu və dünyaya beşinci dəfə övlad gətirəcəyini açıqlamışdı.


Etiketlər:  Rəqsanədən canlı efirdə etiraf Övladımı itirmişəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ