Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubad İbadoğlu qızının adından təkzib yazdı, dərhal da...

Qubad İbadoğlu qızının adından təkzib yazdı, dərhal da...

Tarix: 22 Dekabr 2022 15:42

Xəbər verdiyimiz kimi, bəzi azərbaycanlılar ermənilərlə birlikdə (PostSovietPeace layihəsi) Laçın yolunun açılmasını Azərbaycandan "tələb ediblər", "humanitar fəlakətə" qarşı çıxdıqlarını bildiriblər. Sosial şəbəkələrdə bu "tələbə" imza atanlar içərisində siyasətçi və iqtisadçı alim Qubad İbadoğlunun qızının olması sərt tənqid edilir.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, Qubad İbadoğlu məsələyə münasibət bildirib və qızının bu sənədə imza atmadığını qeyd edib.

O bildirib ki, sentyabr qarşıdurması zamanı onun qızı da "müharibəyə qarşı" çıxanlar arasında olub:

"Sentyabr ayında imzalanan sənədi saxtalaşdırıb, görün hansı hala salıblar: guya ki, onlar Laçın dəhlizinə görə sənəd imzalayıb, tələb edirlər ki, Laçın blokadasını aradan qaldırın. Məgər sentyabrda Laçın dəhlizi blokadada idi? Bu saxtakarlığı yığışdırın, yalanları tirajlamayın, ailəmdən əlinizi çəkin!"

Q.İbadoğlunun bu statusuna gələn şərhlər isə məsələni bir az da qəlizləşdirib. "GiyaSol" (Qiyas) adlı istifadəçi yazıb ki, nə bilirsiz Jalə son "koridor maskaradına" da qarşı deyil? Düzdü, PSPI 13 sentyabrda imza atanları budəfəki məsələdə də razılıq vermiş kimi qeyd edib. Mənimçün və bir çox yoldaş üçün problem yoxdu, amma bəlkə qızınız üçün də problem deyil, niyə onun yerinə danışırsız?"

Q.İbadoğlu isə ona cavab olaraq yazıb: "GiyaSol, mən də blokadaya qarşıyam, amma söhbət ondan yox, saxtakarlıqdan gedir, Jalə bu sənədə imza atmayıb".

Mədinə İsmayılbəyli isə bildirib ki, sənəddə imza atmaqdan yox, sənədin yayılmasına "razılıq verməkdən" söhbət gedir.

Milli.Az


Etiketlər:  Qubad İbadoğlu qızının adından təkzib yazdı dərhal da


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ