Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ana uşaqlarını boğub özünü öldürdü

Ana uşaqlarını boğub özünü öldürdü

Tarix: 22 Dekabr 2022 18:04

Rusiyada, Belqorod məhkəməsi ölümündən əvvəl iki uşağı boğaraq intihar edən 35 yaşlı yerli sakinin işinə baxacaq.

Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Mariya Maksimova məlumat verib.

Rusiyalı qadın ölümündən sonra Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "a", "c" bəndləri ("İki yetkinlik yaşına çatmayanı qəsdən öldürmə") ilə ittiham edilib. İstintaq müəyyən edib ki, avqustun 13-də qohumları ilə münaqişə zəminində qadın iki və dörd yaşlı uşaqlarını öldürmək qərarına gəlib. Anaları onları maşına mindirib, bağlayıb və kişi kəməri ilə boğub. Və sonra o, evin həyətində intihar edib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, qadının valideynləri məhkəmənin keçirilməsində israr ediblər. Ölümdən sonra aparılan psixoloji-psixiatrik müayinənin nəticələrinə görə, qadında heç bir davranış pozuntusu aşkar edilməyib.

İrfan Vəliyev


Etiketlər:  uşaqlarını boğub özünü öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ