Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappe final matçının fasiləsində futbolçulara nə deyib?

Mbappe final matçının fasiləsində futbolçulara nə deyib?

Tarix: 22 Dekabr 2022 21:44

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2022-nin finalında Argentinaya uduzduqları oyunun fasiləsində komanda yoldaşlarına müraciət edib.

Yığmada bir çox daha təcrübəli futbolçuların olmasına baxmayaraq, 24 yaşlı forvard 0:2 hesabıyla geridə olduqları zaman paltardəyişmə otağında komandanın lideri kimi oyunçuları irəli səsləyib:

"Bu, dünya çempionatıdır və bir ömür bizimlə qalacaq. Belə oynasaq, qazana bilmərik. İndi meydana qayıdırıq. Ya, axmaq kimi oynamaqlarına icazə verəcəyik, ya da mübarizə aparacağıq. Uşaqlar, geridəyik! Qayıda bilərik. 4 ildir bu anı gözləyirdik, sona qədər döyüşək!"

Xatırladaq ki, Argentinanın penaltilər seriyasında qalib gəldiyi matçda Mbappe het-trik edib və penaltilər seriyasında da hədəfdən yayınmayıb. O, 8 qolla mundialın ən yaxşı bombardiri olub.

Milli.Az


Etiketlər:  Mbappe final matçının fasiləsində futbolçulara deyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ