Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aldığı evdən insan qalıqları çıxdı - Keçmiş ev sahibi...

Aldığı evdən insan qalıqları çıxdı - Keçmiş ev sahibi...

Tarix: 23 Dekabr 2022 04:22

ABŞ sakini Aleks Dil adamyeyən Mark Latunskinin keçmiş evini alıb və orada öldürülmüş tələbənin qalıqlarını tapıb.

Milli.Az bildirir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Dil evi 2020-ci ilin fevral ayında 100 min dollara alıb. Kişinin dediyinə görə, köçdükdən sonra o, insan qalıqları olan üç dəst qab tapıb və onları təmizləmək məcburiyyətində qalıb. Beş ay evdə yaşayandan sonra Dil artıq orada ola bilməyəcəyini anlayıb. 2020-ci ilin iyul ayında Latunskinin ailəsi binanı satın alıb. Vəkil Dilə evin içərisinin fotolarını internetdə yaymamağa tövsiyə edib, çünki ora hələ də cinayət yeri kimi görünür.

Latunski 25 yaşlı qurbanı Kevin Bekon ilə 2019-cu ildə tanışlıq proqramında tanış olub. O, tələbəni öldürüb, bədəninin hissələrini parçalayıb yeyib. Əvvəlcə cinayəti törədən şəxsin fəaliyyət qabiliyyətsizliyi elan edilsə də, sentyabrda məhkəmə prosesi başlamazdan əvvəl o, törətdiyi cinayətlərdə özünü təqsirli bilib. 2022-ci il dekabrın 15-də Latunski ömürlük həbs cəzasına məhkum edilib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Aldığı evdən insan qalıqları çıxdı Keçmiş ev sahibi


RƏYLƏR