Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabahdan bulvarda Yeni illə bağlı əyləncəli-musiqili proqramlar başlayır

Sabahdan bulvarda Yeni illə bağlı əyləncəli-musiqili proqramlar başlayır

Tarix: 23 Dekabr 2022 12:10

Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dənizkənarı Milli Parkda yeni il şənlikləri ilə bağlı hazırlıq işləri yekunlaşdırılır.

Milli.Az bu barədə "Report"a istinadən xəbər verir.

Bulvar ərazisindəki ağaclar və işıq dirəkləri çılçıraqlarla yeni il ab-havasında bəzədilir, yeni ilin rəmzlərindən ibarət rəngarəng kompazisiyalar (bəzəklər, müxtəlif oyuncaqlar) qurulur.

Bundan əlavə, dekabrın 24-dən uşaqların istirahətini yüksək səviyyədə təmin etmək məqsədilə Milli Parkın "Köhnə bulvar" ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunacaq.

Bu məqsədlə, Dövlət Kukla Teatrının arxasındakı ərazi tam yeni il ab-havasında bəzədilir, burada yeni illə bağlı kompazisiyalar hazırlanır (çılçıraqlı xizəkli maral, retro maşın, oyuncaqlar, hava ilə doldurulmuş oyuncaqlar və s. ).

Bundan əlavə, nağıl qəhrəmanları Şaxta baba və Qar qız, Santa Klaus, nağıl və cizgi film qəhrəmanlarının obrazlarında animatorlar (Harri Potter, Malefisenta, "Ələddindən" Cəfər, Qrinç, Çəkməli pişik, Cek Sərçə, Panda, Sonik, "Alisa möcüzələr ölkəsindən" Dəli Dovşan, "Su pərisindən" Ursula) və eyni zamanda transformerlər (robotlar) uşaqları şənləndirərək böyük sevincinə səbəb olacaq.

Bununla yanaşı, uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün diskoteka, tamaşalar, konsert, atəşfəşanlıq, illüminasiya (işıq) və alov şousu da təşkil olunacaqdır. Milli Parkı ziyarət edən uşaqların əyləncəsinə rəngarənglik qatmaq məqsədilə üzlərinin boyanması (face art) da nəzərdə tutulub.

Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil olunacaq yeni il şənliyi 8 yanvar 2023-cü il tarixinə kimi davam edəcək.

Milli.Az


Etiketlər:  Sabahdan bulvarda Yeni illə bağlı əyləncəli musiqili proqramlar başlayır


RƏYLƏR