Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəlbəcərdə yük maşını aşıb, xəsarət alan var

Kəlbəcərdə yük maşını aşıb, xəsarət alan var

Tarix: 24 Dekabr 2022 14:06

Kəlbəcər rayonunda yük avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb.

Bu barədə Sonxeber.net-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Kəlbəcər rayon Yanşaq kəndi ərazisində "Volvo" markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Etiketlər:  Kəlbəcərdə yük maşını aşıb xəsarət alan


RƏYLƏR