Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da fövqəladə vəziyyət elan edilib

ABŞ-da fövqəladə vəziyyət elan edilib

Tarix: 26 Dekabr 2022 07:16

ABŞ-ın Energetika Nazirliyi Texas ştatında elektrik enerjisi çatışmazlığı səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə dekabrın 25-də nazirliyin mətbuat xidməti məlumat yayıb.

Müvafiq sənədi hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar nazir müavini Ketlin Hoqan imzalayıb.

Qurumun məlumatına görə, temperaturun kəskin azalması və güclü külək nəticəsində generasiya güclərinin bir hissəsi sıradan çıxıb və eyni zamanda elektrik enerjisi sərfiyyatı rekord həddə çatıb.


Etiketlər:  ABŞ fövqəladə vəziyyət elan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ