Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya qüvvələrinin tükəndiyi müşahidə edilir

Rusiya qüvvələrinin tükəndiyi müşahidə edilir

Tarix: 26 Dekabr 2022 08:04

Rusiya Ukraynaya hücum etsə də, heç bir istiqamətdə uğur qazana bilməyəcək.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.

"Hətta qızğın döyüşlərin getdiyi bir vaxtda belə ruslar Baxmut yaxınlığında mövqelərini itirirlər. Deməli, Ukrayna müdafiəçiləri təkcə rusların Baxmuta hücumlarını dəf etmirlər. Onlar da əks-hücumlar həyata keçirir və rusları sıxışdırırlar. Bütün bunlar onu deməyə əsas verir ki, rusiyalılar xeyli miqdarda artilleriya, döyüş sursatı, hücum əməliyyatları üçün kifayət qədər şəxsi heyət toplasa belə, uğur qazana bilməzlər", - Kovalenko bildirib.

O əlavə edib ki, ruslar hücuma hazırlaşsalar da, gücləri azdır:

"Xerson bölgəsində ruslar dalana dirənir, Zaporojye istiqamətində onlar hücuma hazırlaşmırlar, çünki müdafiəni planlaşdırırlar. Luqansk vilayətində ruslar özlərini belə müdafiə edə bilmirlər. Lakin Donetsk bölgəsindəkilər təzyiqi artırmaq üçün hücuma cəhd edə bilər... Bu, rusiyalılara kömək etməyəcək, onlar böyük əraziləri ələ keçirə və saxlaya bilməyəcəklər. İndi biz Baxmut yaxınlığında Rusiya qüvvələrinin tükənməsini müşahidə edə bilərik".


Etiketlər:  Rusiya qüvvələrinin tükəndiyi müşahidə edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ