Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2022 14:35
Aparıcı Xoşqədəm Hidayətqızı küçə reportajlarının birində "Doğuşun oğluyam" iddiasını səsləndirən şəxslə bağlı açıqlama verib.
Sonxeber.net olay-a istinadən yazır ki, o bu barədə "Səni axtarıram" verilişində danışıb.
"TikTok-da olanlar hamısı məni işarələyir. Gözün aydın, Xoşqədəm, Doğuş bəyin oğlu tapılıb. Doğuş bəyin keçmişi var, bir qadın öz həyat yoldaşından keçmişini gizlətsə, uşağını gizlətsə, o zaman mən sizə deyərəm doğru edib məni işarələyirsiniz. Bu, kişidir, onun keçmişində biri varsa, məni niyə tag edirsiniz? Hamı da gülüş işarələri qoyur. Mən də sizin acığınıza həmin adamı studiyaya gətirdim. İndi gördünüz Xoşqədəmin fərqini? Elə bildiniz məni incidəcəksiniz?! Mən keçmişlə yaşayan insan deyiləm. Bu günümlə və gələcəklə yaşayıram, keçmişimdən dərs çıxarıram. Adama dedim ki, demirdin atamdır, gəl bura, atandırsa, anan da var, sahib çıxıram sənə!".
Qeyd edək ki, cütlüyün iki övladı var.